Rusiya öz ərazisi üzərindən Ukraynadan Azərbaycana yumurta tranzitinə qadağa qoyub

10:07 27 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

[ 27 Yanvar 2015 09:58 ]

Bakı. Musa Əhmədov - APA-Economics. Rusiya öz ərazisi üzərindən Ukraynadan Azərbaycana və Özbəkistana göndərilən 300 min yumurta və 30 ton süd məhsullarının tranzitinə qadağa qoyub.

"APA-Economics" "İnterfaks" agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Baytar və Fitosanitar Nəzarəti Federal Xidməti məlumat yayıb.

 

Qurumun Bryansk və Smolensk vilayətləri üzrə idarənin əməkdaşları baytarlıq sənədlərinin qeyri-dəqiq və yanlış rəsmiləşdirilməsini əsas gətirərək yükləri saxlayıb. Yüklər "Troyebortnoye" (Ukrayna tərəfindən "Baçevsk" buraxılış məntəqəsi) avtomobil buraxılış məntəqəsində saxlanılıb və Ukrayna ərazisinə geri qaytarılıb.

 

Qeyd edək ki, yüklər üç hissədən ibarət olub.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/370475

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR