Bakı dəirəvi yolunda zəncirvari qəza olub, 4 nəfər yaralanıb

Bakı dəirəvi yolunda zəncirvari qəza olub, 4 nəfər yaralanıb
10:34 27 Yanvar 2015
157 Ölkə
Ölkə mətbuatı
A- A+

Gecə saatlarında Bakı dairəvi yolunun Yasamal rayonu ərazisindən keçən hissəsində 4 nəfərin xəsarət alması ilə nəticələnən zəncirvari qəza baş verib. APA TV-nin məlumatına görə, Orxan Tağızadə idarə etdiyi “Toyota” markalı avtomobillə Lökbatan dairəsindən şəhər istiqamətində yüksək sürətlə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil magistraldakı arakəsməyə çırpılaraq, hərəkətdə olan "VAZ 2107" markalı avtomobilin üstünə aşıb. Baş verən qəza bununla bitməyib. "Toyota"nın  akkumulyatoru avtomaşından çıxaraq yol kənarında  dayanan "Ford"  markalı sərnişin avtobusuna çırpılıb. Qəza nəticəsində "Toyota"nın sürücüsü  və avtomobildə olan 3 sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri ilə 1 saylı şəhər xəstəxanasına çatdırılıb. Xəstəxanadan verilən məlumata görə, yaralılardan birinin vəziyyəti ağır olduğu üçün reanimasiya  şöbəsinə yerləşdirilib.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/191568

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR