Bakı, 18 avqust, AZƏRTAC
Bu ilin yeddi ayında nəqliyyat sektorunda daşımaların həcminə görə ən böyük paya malik olan avtomobil nəqliyyatı ilə 75,1 milyon ton yük, 910,9 milyon sərnişin daşınıb.
Dövlət Statistika Komitəsindən (DSK) AZƏRTAC-a bildirilib ki, sərnişinlərin 96,1 faizi avtobus, 3,9 faizi isə minik taksilərinin xidmətlərindən istifadə edib. Yük dövriyyəsi 7 faiz, sərnişin dövriyyəsi isə 3,8 faiz artıb.
Metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı isə 3,7 faiz artaraq 128,7 milyon nəfər olub.