Naxçıvan, 20 avqust, AZƏRTAC
Naxçıvan Muxtar Respublikasında əhalinin gəlirləri üzrə müsbət dinamika davam etməkdədir. Cari ilin yanvar-iyul aylarında muxtar respublikada bu göstərici 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 5,3 faiz artaraq 977 milyon 244 min manat, onun hər bir nəfərə düşən həcmi isə 4,3 faiz yüksələrək 2216,5 manat təşkil edib.
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, 2015-ci ilin yanvar-iyul aylarında muxtar respublika iqtisadiyyatında bir işçiyə hesablanmış orta aylıq əməkhaqqının məbləği 392,8 manat təşkil edib. Bu, əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,2 faiz çoxdur.