Amerikalı diplomat: "ATƏT MQ Qarabağ münaqişəsi tərəfləri arasında dialoqun davam etdirilməsində maraqlıdır"

Amerikalı diplomat: "ATƏT MQ Qarabağ münaqişəsi tərəfləri arasında dialoqun davam etdirilməsində maraqlıdır"
12:22 27 Yanvar 2015
56 Digər
Ölkə mətbuatı
A- A+

ATƏT-in Minsk qrupunun üzvləri tərəflərin dialoqu davam etdirməsində maraqlıdırlar. Bunu ABŞ-ın Ermənistandakı müvəqqəti işlər vəkili Klark Prays Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində son günlər artan gərginliyi şərh edərkən deyib. Bu barədə Trend “Novosti Armeniya”ya istinadən xəbər verir.

Onun sözlərinə görə, həmsədrlər tərəflərin gərginliyin azaldılması üçün üsullar tapmaq imkanlarından faydalanmalarında maraqlıdırlar.

Yanvarın 23-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun ATƏT MQ-nin fransalı həmsədri Pyer Andryö ilə görüşündə yanvarın 27-də Krakovda Azərbaycan XİN-in rəhbəri ilə ATƏT MQ-nin həmsədrlərinin görüşünün keçirilməsi haqqında razılıq əldə olunub.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR