Bakı, 21 avqust, Samirə Quliyeva, AZƏRTAC
"Bank of Baku" avqustun 21-dən sadiq müştəriləri üçün "Bizi sevənlər qazanır" adlı yeni kredit kampaniyasına başlayır.
Bankdan AZƏRTAC-a bildirilib ki, 12 aydan çox "Bank of Baku"da müsbət kredit tarixçəsi olan və digər banklarda hazırda aktiv nağd krediti olmayan müştərilər 10 min manatadək pul kreditini 24 ayadək, 0 faiz komissiya və faiz dərəcəsində 2 faiz endirimlər əldə edə bilərlər.
Krediti rəsmiləşdirmək üçün şəxsiyyət vəsiqəsi, elektron arayış və ya iş yerindən arayışı təqdim etmək kifayətdir. Kampaniya sentyabrın 15-dək davam edəcək.