Azərbaycan Beynəlxalq Bankının "Pensiya" əmanəti üzrə müştərilərinin sayı 6300-ü ötüb

Azərbaycan Beynəlxalq Bankının "Pensiya" əmanəti üzrə müştərilərinin sayı 6300-ü ötüb
13:28 27 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 27 yanvar /Trend/

Azərbaycan Beynəlxalq Bankı (ABB) fərdi pensiya yığımları məhsulu - "Pensiya" əmanətinə əhali tərəfindən maraq artmaqdadır.

Çərşənbə axşamı ABB-nin mətbuat xidmətindən Trend-ə verilən xəbərə görə, bu il yanvarın 1-nə olan məlumata əsasən, əmanətin bu növünə vəsait qoyan müştərilərin sayı 6 300 nəfəri keçib.

“Pensiya” əmanəti üzrə vəsaitlərin həcmi 230,6 min manat səviyyəsindədir və artmaqda davam edir. Xatırladaq ki, ABB bu məhsulu bazara 2013-cü ilin noyabrında çıxarıb.

“Pensiya” əmanəti ən azı 15 il müddətinə nəzərdə tutulan yığım xarakterli bir əmanət növüdür. Bildirilir ki, 15 il müddəti olanda bu növ üzrə yığımlar 2 dəfə artır. Məsələn, hər ay 100 manat ayrılanda 15 ildən sonra yığımın həcmi 18 min manat təşkil edir və bu məbləğə Bank tərəfindən 18 107 manat əlavə hesablanır. Əgər əmanət 32 il müddətinə açılırsa, yığımların həcmi 5 dəfə artır.

Bu əmanətin üstünlüklərindən biri də odur ki, əmanətçi vəfat etdiyi halda, bütün ayırmalar və hesablanmış faizlər tam həcmdə miras kimi varislərinə ötürülür. Əmanət üzrə müddət başa çatandan sonra əmanətçi yığılan vəsaitləri həm geri götürə, həm də əmanəti saxlaya bilər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/economy/2357562.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR