Bakı. Məlahət Nəcəfova - APA. “Ermənistanın Avrasiya İqtisadi İttifaqına daxil olması İranla Ermənistan arasında əməkdaşlığın inkişaf etməsinə yaxşı imkan yaradacaq”. APA-nın məlumatına görə, bu sözləri Ermənistanda səfərdə olan İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif erməni həmkarı Edvard Nalbandyanla görüşdən sonra keçirilən mətbuat konfransında deyib. O bildirib ki, əməkdaşlığın İran-Ermənistan-Rusiya formatı da mövcuddur: “Bizim əməkdaşlıq edəcəyimiz bir çox sahələr mövcuddur. Biz qonşuyuq, ümumi maraqlara sahibik. Əməkdaşlıq üçün bütün imkanlardan istifadə etməliyik. Avrasiya İqtisadi İttifaqı da bunlardan biridir”.