“Bizdə qadın kişiyə nəsil artırmaq üçün lazımdır”

“Bizdə qadın kişiyə nəsil artırmaq üçün lazımdır”
14:21 27 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Əməkdar artist Naibə Allahverdiyeva kişilərin qadınlara münasibətini qınayıb.

Axşam.az-ın məlumatına görə, “Evdəyik” verilişinin qonağı olan aktrisa xanımlara qoyulan qadağalardan danışıb:

“Azərbaycan kişilərinin 80 faizi savadsız, gözləri açılmamış xanım istəyir. Səhər gedib axşam gəlsin, arvad da sakit olsun. Deyirlər bizim mentalitetimiz var. Milli-mənəvi dəyərlər başqa xalqlarda da var. Onlar öz dəyərlərini elə qoruyurlar ki... Orada kişi qadına, qadın kişiyə xəyanət edəndə hökumət təzminat istəyir. Bu, bizdə niyə yoxdur? Nə üçün xanım gedib rəfiqəsi ilə otura bilməz? Bizdə qadın kişiyə nəsil artırmaq üçün lazım olub. Əvvəl “həyat yoldaşım” yox, “uşaqlarımın anası” deyirdilər. Qadın ərinə xəyanət edəndə ona necə cəza verilirsə, kişiyə də o cür edilsin”.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR