Bakıda “Opel” və “Hyundai” toqquşdu

Bakıda “Opel” və “Hyundai” toqquşdu
07:54 27 Dekabr 2014
121 Ölkə
Ölkə mətbuatı
A- A+

Sabunçu rayonunda Elşən Mehdiyev küçəsində qəza baş verib.

 

Lent.az-ın məlumatına görə, sürücü Ramin Məmmədov "Opel" markalı avtomobillə yüksək sürətlə hərəkətdə olan zaman idarə etməni itirib. Nəticədə "Opel" işıqforun qırmızı işığında dayanan Samir Həsənova məxsus "Hyundai"ya çırpılıb.

 

Baş verən qəzada xəsarət alan olmasa da, hər iki avtomobilə ziddi ziyan dəyib. Hadisə yerinə Dövlət Yol Polisinin Sabunçu Rayon Şöbəsinin əməkdaşları gəliblər. Avtomobillər cərimə meydançasına aparılıb. Faktla bağlı araşdırma aparılır.

 

Fərahim Qasımov

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR