Rektor işdən çıxdı

Rektor işdən çıxdı
15:36 27 Yanvar 2015
380 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan Universitetinin rektoru Eldar Qəhrəmanov vəzifəsindən azad edilib.

ANS PRESS-in məlumatına görə, bu barədə Azərbaycan Universitetinin mətbuat xidmətindən APA-ya xəbər xəbər verilib.

Universitetdə rektor dəyişikliyi dünən baş verib. Səhhətində problemlər olan ali məktəbin rektoru Eldar Qəhrəmanov öz ərizəsi ilə vəzifəsindən azad olunub.

Azərbaycan Universitetinin rektoru vəzifəsinə Fərid Əhmədov təyin edilib. Yeni rektor artıq kollektivə təqdim olunub.

Keçmiş rektor Eldar Qəhrəmanov isə ali məktəbdə fəaliyyətini davam etdirəcək və əvvəlki vəzifəsində - İnzibati idaerəetmə kafedrasının müdiri kimi çalışacaq.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=45&nid=322186

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR