İrəvan yenidən qarışdı

İrəvan yenidən qarışdı
16:16 27 Yanvar 2015
185 Dünya
Ölkə mətbuatı
A- A+

İrəvanda Ermənistan hökumətinin binası qarşısında yenidən etiraz aksiyası başlayıb. Binanı mühasirəyə alan yarmarka işçiləri, ticarətçilər vergi haqqında qanuna edilən dəyişikliklərə qarşı etiraz edirlər. Etirazçılar hökumət nümayəndələri ilə görüşdən imtina edərək, hökumətə arxa çevirib, ona inanmadıqlarını bildiriblər.

ANS PRESS-in məlumatına görə, paytaxt yarmarkalarından birinin işçisi bildirib ki, biz onlarla görüşmək istəmirik. Onların bizə deməyə sözləri varsa, çıxsınlar ortaya. Biz hesablama apardıq, qəsdən bizi müflisləşdirirlər. Qaza, suya, mülkə görə nə qədər vergi vermək olar, hər gün qiymətləri qaldırırlar. Bunlar xalqı düşünmürlər, öz ciblərini güdürlər. Heç nəyə məhəl qoymurlar. Ona görə, etirazımız sonadək davam edəcək.

Dəyişikliklərə əsasən, dövriyyədən gələn 3,5% gəlirdən 1%-dək vergi tutulacaq. Təsərrüfat subyektləri dəqiq sənəd dövriyyəsinə uyğun olaraq fəaliyyəti göstərməyə məcbur ediləcək.

Etiraz edənlərdən biri hökumətin bu addımına belə cavab verib: "Hökumət xalqa kürək çevrirsə, xalq onlara qarşı kürək çevirəcək."
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=15&nid=322198

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR