"Nikoil Bank" Vergilər Nazirliyini məhkəməyə verib
Paylaş
·76 baxış·1 dəq oxu
Bakı. 25 avqust. REPORT.AZ/ “Nikoil Bank” ASC Azərbaycan Vergilər Nazirliyi yanında Xüsusi rejimli vergi xidməti Departamentini məhkəməyə verib. “Report”un xəbərinə görə, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən “Nikoil Bank” Departamentin cərimə qərarının ləğv edilməsini və “əsassız tutulmuş pul vəsaiti"nin qaytarılmasını istəyib. Məhkəmə iddianı təmin etməyib.