Bakı, 25 avqust, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi, “Dostluq” Gənclərin Əlaqələndirmə Mərkəzi İctimai Birliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası (DİA) İnsan Hüquqları, Demokratiya və Sülh Problemləri üzrə UNESCO Mərkəzinin birgə təşkilatçılığı ilə ASAN Könüllüləri arasında “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində vətəndaş cəmiyyəti təşəbbüsünün ifadəsi kimi Qarabağın dünənini, bugününü və sabahını ehtiva edən yeni elektron informasiya resursu layihəsinin (http://qarabagh.info) təqdimatı keçirilib.
DİA-dan AZƏRTAC-a bildiriblər ki, tədbirdə “Dostluq” Gənclərin Əlaqələndirmə Mərkəzi İctimai Birliyi, ASAN Könüllüləri Təşkilatının rəhbərləri və digər çıxış edənlər layihənin əhəmiyyətindən danışıblar. Bildirilib ki, layihənin məqsədi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesində yumşaq güc strategiyasından istifadə edərək informasiya müharibəsində daha etibarlı təminat yolları və vasitələrinin müəyyənləşdirilməsi istiqamətində innovativ metodların tətbiqi, beynəlxalq ictimaiyyətin obyektiv məlumatlandırılmasına çalışmaq və bu sahədə ölkədə həyata keçirilən uğurlu fəaliyyətə dəstək verməkdir.
Qeyd olunub ki, qloballaşan dünyada dolğun və operativ informasiyanın əldə edilməsi vasitələrindən biri internetdir. Bunu nəzərə alaraq, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesində yumşaq güc strategiyasından istifadə etməklə Qarabağın dünəni, bu günü və sabahına aid üç konsept əsasında yeni elektron resursun yaradılması məqsədi müəyyənləşdirilib. Bu missiya, eyni zamanda, ölkədə formalaşmaqda olan gənc nəslin, o cümlədən müxtəlif dillərin daşıyıcıları olan gənclərin sosial şəbəkələr, internet vasitəsilə məlumatlandırılmasını əsas hədəflərdən biri kimi müəyyən edir.
Sonra internet resursunun təqdimatı keçirilib. ASAN Könüllülər ilə fikir mübadiləsi aparılıb.

Qarabağı haqqında yeni elektron informasiya resursu layihəsinin təqdimatı keçirilib
Qarabağı haqqında yeni elektron informasiya resursu layihəsinin təqdimatı keçirilib