Bakı, 25 avqust, AZƏRTAC
“Bank of Baku” “Arımız möcüzələr diyarında!” adlanan müsabiqənin qaliblərini mükafatlandırıb.
Bankdan AZƏRTAC-a bildiriblər ki, müsabiqə “Bolkart”ın “facebook” səhifəsində iyulun sonundan elan edilib. Müsabiqənin şərtlərinə əsasən 7-14 yaşlı uşaqlar “Bolkart”ın personajı olan arını möcüzələr diyarında əks etməli idi. İki həftə ərzində daxil olmuş bütün şəkillər bankın “facebook” səhifəsində paylaşılıb və bir həftə ərzində səsvermə davam edib. Səsvermədə 21 rəsm əsəri iştirak edib.
Balacaların rəsm çəkməyə olan marağını stimullaşdırmaq üçün “Bank of Baku” yalnız 1-ci yeri deyil, bütün balacaları mükafatlandırıb.