Təhlükə saçan baxımsız transformatorlar

17:47 27 Yanvar 2015
276 Sosial
Ölkə mətbuatı
A- A+

Xaçmaz rayonunun bəzi kəndlərində, eləcə də şəhərin bir sıra küçələrində yerləşən elektrik transformatorları baxımsız vəziyyətdədir. Onların qoruyucu hasara alınmaması həmin ərazidə yaşayan sakinlər üçün təhlükə törədir. Bəzi belə transformatorların yaşayış evlərinə və təhsil ocaqlarına çox yaxın məsafədə yerləşməsini nəzərə alsaq, təhlükənin ciddiliyi göz qabağındadır. Xüsusilə yağışlı hava şəraitində uşaqların qoruyucu hasara alınmayan transformatorun yanında oynaması xoşagəlməz hadisəylə nəticələnə bilər.

Regional TV (Region TV) xəbər verir ki, son illər enerji təhcizatı sahəsində bir sıra yeniliklər olsa da, problemlər də qalmaqdadır. Xaçmaz Elektrik Şəbəkəsindən bildirirlər ki, cari ildə də rayon ərazisində yeni transformatorlar qoyulub, elektrik dirəkləri basdırılıb. Amma bütün nasazlıqları eyni vaxtda aradan qaldırmaq, hələ ki, mümkün deyil. İdarənin satış üzrə direktoru Rasim Mürsəlovun sözlərinə görə, Dövlət İnvestisiya Proqramına əsasən, yeni transformatorların qoyulması və onların qoruyucu hasarlara alınması nəzərdə tutulub. Amma prosesin həyata keçiriləcəyi vaxt, hələ ki, məlum deyil.

Milli.Az
 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/321294.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR