QHT-lərə Dövlət Dəstəyi Şurasının iclası keçirilib

QHT-lərə Dövlət Dəstəyi Şurasının iclası keçirilib
19:48 27 Yanvar 2015
118 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 27 yanvar, AzərTAc 
Yanvarın 27-də Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının iclası keçirilib.
Şuranın sədri, Milli Məclisin deputatı Azay Quliyev rəhbərlik etdiyi qurumun xarici QHT-lər üçün elan etdiyi açıq qrant müsabiqəsi çərçivəsində dəstəklənməsi təklif olunan layihələr, hazırda maliyyələşdirilən xarici QHT-lərin layihələrinin icra vəziyyəti, “Azərbaycan Respublikasında QHT-lərin vəziyyəti haqqında Milli Hesabat”ın yenilənməsi və cari məsələlər haqqında danışıb.
Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov gündəlikdə duran məsələlər barədə məlumat verib. O, hesabatın hazırlanmasından keçən 5 il ərzində Azərbaycanda vətəndaş cəmiyyətinin müxtəlif istiqamətlər üzrə xeyli inkişaf etdiyini və bununla bağlı yeni sənədin hazırlanmasına zərurət yarandığını deyib.
Şuranın baş məsləhətçisi Mustafa Qurbanlı isə xarici layihələrin icra vəziyyəti ilə bağlı çıxış edib.
Şura üzvləri İlqar Məmmədov, Vüqar Məcidli, Sahib Məmmədov, Tahir Süleymanov, Şahin İsmayılov gündəlikdəki məsələlərə münasibət bildiriblər.
Müzakirələrdən sonra gündəlikdə duran məsələlər səsverməyə qoyularaq qəbul edilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/QHT_lere_Dovlet_Desteyi_Surasinin_iclasi_kechirilib-827898

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR