Kiyev "Dinamo"sunun yarımmüdafiəçisi Andrey Yarmolenko karyerasını Almaniyada davam etdirə bilər.

Metbuat.az Tribuna.com-a istinadən məlumat verir ki, Dortmund "Borussiya"sı ukraynalı futbolçuya görə klubuna 20 milyon avro təklif edib. "Dinamo"nun təklifə necə cavab verəcəyi maraqla gözlənilir.

Qeyd edək ki, daha öncə Kiyev klubunun rəhbərliyi Yarmolenkonu "Everton" və "Stok Siti"yə satmaqdan imtina etmişdi. Yarımmüdafiəçinin adı həmçinin "Barselona" ilə birgə hallanır.