Bakı, 31 avqust, AZƏRTAC
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən dövlət ailə siyasətinin dəstəklənməsi, gənclərin yaşlılara hörmət ruhunda tərbiyə olunması, milli-mənəvi və ümumbəşəri dəyərlərin qorunub saxlanılaraq gələcək nəsillərə ötürülməsi, insan və vətəndaş hüquqlarının aşılanması məqsədi ilə mütəmadi olaraq maarifləndirmə tədbirləri həyata keçirilir.
Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, bu istiqamətdə keçirilən tədbirlərin bir hissəsi olaraq, “Yaşlı nəslin təcrübəsindən faydalanaq” adlı layihə çərçivəsində növbəti tədbir sentyabrın 3-də Mingəçevir şəhər İcra Hakimiyyəti ilə birgə Mingəçevir şəhər 10 saylı məktəbin akt zalında keçiriləcək.