Bakı, 1 sentyabr, AZƏRTAC
Sentyabrın 2- də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin təşkilatçılığı ilə "Don Kixotun yubileyləri: Servantesin romanı-400, Q. Qarayevin "Don Kixot" simfonik qravürləri-55" adlı tədbir keçiriləcək.
Muzeydən AZƏRTAC-a bildirilib ki, tədbir muzeyin əsas binasında bir sıra mədəniyyət və incəsənət xadimlərinin iştirakı ilə reallaşacaq.
Tədbirdə mövzu çərçivəsində videofraqmentlər nümayiş olunacaq və kiçik sərgi təşkil ediləcək. Daha sonda bir sıra bəstəkarların klassik əsərlərindən ibarət müxtəlif musiqi nömrələri səsləndiriləcək.