Arif Hacılı Vurğun Əyyubla bağlı qərar verdi

Arif Hacılı Vurğun Əyyubla bağlı qərar verdi
11:54 27 Dekabr 2014
90 Ölkə
Ölkə mətbuatı
A- A+

Müsavat Partiyası Məclisinin iclasında Vurğun Əyyubun Məclis üzvlüyündən çıxarılması barədə məsələ qaldırılıb.

 

APA-nın xəbərinə görə, Müsavat başqanı Arif Hacılı bildirib ki, V. Əyyub Məclisin toplantılarında mütəmadi iştirak etmir, sosial şəbəkələrdə, mətbuatda Məclisin iclaslarında qəsdən iştirak etmədiyi və bundan sonra da iştirak etməyəcəyi haqda fikirlər səsləndirir: “Vurğun Əyyub 3 ay ərində sistemli olaraq özünü Müsavat Məclisinin üzvü saymadığını vurğulayıb. Bir gün əvvəl də onu Məclisin iclasına dəvət etmişik. Ancaq o, Məclisə gəlməyəcəyini və özünü Məclis üzvü hesab etmədiyini deyib. Bu barədə ardıcıl açıqlamalar verir. Hesab edirəm ki, Məclis üzvü olmadığını bəyan etməsini nəzərə alaraq, onun Məclis üzvlüyündən çıxarılması haqqında qərar verməliyik”.

 

Divan üzvləri Razim Əmiraslanlı və Nemət Kərimli V. Əyyubun Məclis üzvlüyündən çıxarılması haqqında təklifi dəstəkləyiblər. Məclis üzvü Sabir Məmmədli isə buna etiraz edib: “Mən bu bolşevik metodunun əleyhinəyəm. Bu gün zal boşalır. Çünki özünü dahi elan edənlər adicə prosedur qaydalarını düzgün yerinə yetirmirlər”.

 

Qadınlar Birliyinin sədri Ellada Məmmədli, Arifə Hüseynli və digərləri də təklifə qarşı çıxıblar. Belə olan halda, A. Hacılı qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Gününü də nəzərə alaraq məsələni səsə qoymayıb. Lakin o, V. Əyyubun tərəfdarlarından onun iclasda iştirakını təmin etmələrini istəyib. A. Hacılı bildirib ki, bu məsələni səsə qoysa, V. Əyyubun çıxarılacağını bilir, lakin 4-5 nəfərin etirazlarını nəzərə alaraq hələlik bundan vaz keçir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR