Bir neçə rayonda qaz olmayacaq - SİYAHI

09:22 28 Yanvar 2015
268 Sosial
Ölkə mətbuatı
A- A+

Bu gün Azərbaycanın bəzi yaşayış məntəqələrinin qaz təchizatında məhdudiyyətlər olacaq.
 
Azərbaycan Dövlət Neft Şirkətindən APA-ya verilən məlumata görə, saat 10:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Abşeron Magistral qaz kəmərləri sahəsinin “Alatava'' və ''Yaşma-Siyəzən'' magistral qaz kəməri üzərində yerləşən bəzi ölçü qovşaqlarında, Ağdaş Magistral qaz kəmərləri sahəsinin “Zaqatala'', Qazax Magistral qaz kəmərləri sahəsinin “Şıxlı”, o cümlədən, Hacıqabul Magistral qaz kəmərləri sahəsinin “Ələt” və “Qubaxəlil” Qazpaylama stansiyalarında təmir işləri aparılacaq.
 
Təmir müddətində Qazax rayonunun Şıxlı, İsmayıllı rayonun Qubaxəlilli kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq. Aparılan işlərin Bakı şəhərinin Nəsimi və Yasamal, Zaqatala rayonunun, eləcə də Abşeron rayonundakı bəzi qəsəbələrin qaz təchizatına təsir göstərməsi də mümkündür.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/321322.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR