Bakı, 1 sentyabr, AZƏRTAC
SOCAR-AQŞ 11 nömrəli stasionar dəniz özülündən layihə dərinliyi 3 min 190 metr olan 345 nömrəli quyunun tikintisi işlərini təhlükəsiz, ətraf mühitə heç bir ziyan vurmadan və vaxtından əvvəl uğurla yekunlaşdırıb.
Müəssisədən AZƏRTAC-a bildirilib ki, “Günəşli” yatağının dayaz sulu hissəsində qazılan quyunun faktiki dərinliyi 3 min 203 metr təşkil edir. Fasilə lay dəstəsinə (FLD) qazılan quyunun sifarişçisi SOCAR-ın “Azneft” İstehsalat Birliyidir.