Elman Rüstəmovun qızının kolleksiyası (FOTO)

Elman Rüstəmovun qızının kolleksiyası (FOTO)
10:26 28 Yanvar 2015
486 Sosial
Ölkə mətbuatı
A- A+

Avropanın tanınmış modeleyerlərindən olan Günel Rüstəmova yenidən moda aləminin diqqətini üzərinə toplayıb. ANS PRESS-in buro247.az-a istinadla verdiyi məlumata görə,
Parisdə azərbaycanlı dizayner Günel Rüstəmovanın rəhbərlik etdiyi brendin təqdimatı olub. Bu dəfə "Gyunel" brendi öz aksessuarlarının təqdim edib.

Aksesuarlar çantalardan ibarətdir. Çantalar rəngləri və dizanyları ilə fərqlənirlər. Çantalar zərif və dəbdəbəli görüntüyə malikdirlər.

Qeyd edək ki, Günel Rüstəmova Mərkəzi Bankın sədri Elman Rüstəmovun qızıdır.

Londonda yaşayan modelyerin kolleksiyaları indiyədək dünyanın bir çox dəb şoularında nümayiş olunub. O, Londonda “Central Saint Martins” universitetinin dəb fakültəsini yüksək dərəcəli diplomla bitirib. Modelyer həm də rəssam kimi fəaliyyət göstərir.

Gənc modelyerin geyiminə amerikalı kinoaktrisa Eşli Benson, Yəmən şahzadəsi Muzna Əl Səyyid və başqaları müraciət ediblər.






Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=42&nid=322352

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR