İnternetdə Kenzi Qotonun növbəti videokadrları yerləşdirilib

İnternetdə Kenzi Qotonun növbəti videokadrları yerləşdirilib
10:33 28 Yanvar 2015
233 Dünya
Ölkə mətbuatı
A- A+


Tokio, 28 yanvar, AzərTAc 
İŞİD yaraqlıları tərəfindən girov götürülmüş Kenzi Qotonun internetdə yeni videokadrları yerləşdirilib.
Yaponiya vaxtı ilə yanvarın 27-də axşam saatlarında internetdə yerləşdirilmiş videokadrlarda əlində iordaniyalı pilotun fotosunu tutmuş Kenzi Qoto bildirir ki, bu, onun sonuncu müraciətidir. O, Yaponiya hökumətinə müraciət edərək haqqında ölüm hökmü çıxarılmış Sacida al-Rişavinin onunla dəyişdirilməsi üçün İordaniya hökumətinə təzyiq göstərilməsinə çağırır. K.Qoto bildirir ki, onun girovluqda qalmasının səbəbi həmin terrorçu qadının hələ də yaraqlılara verilməməsidir.
K.Qoto deyir ki, onun vaxtı artıq başa çatmaq üzrədir və soruşur nəyə görə bu dəyişdirilmənin aparılması belə çətin həyata keçirilir. O bildirir ki, bundan sonra onun 24 saat vaxtı qalıb, iordaniyalı pilotun isə zamanı daha azdır. İordaniya tərəfinin cavabı gecikdirməsi təyyarəçinin, ondan sonra isə yapon jurnalistin qətli ilə nəticələnəcək və buna görə məsuliyyət İordaniya rəhbərliyinin üzərinə düşəcək.
Xəbər verdiyimiz kimi, iordaniyalı hərbi təyyarəçi də İŞİD yaraqlıları tərəfindən girov saxlanılır. İordaniyalılar hökuməti terrorçu qadının hərbi pilotla dəyişdirilməsinə çağırılar.
Yanvarın 28-də səhər saatlarında Nazirlər Şurasının iclasını keçirən Baş nazir Şinzo Abe əlaqədar nazirlikləri yapon girovun azad olunması üçün var qüvvələri ilə çalışmağa çağırıb. Nazirlər qarşısında çıxış edən Ş.Abe bildirib ki, yaranmış vəziyyətin bütün mürəkkəbliyinə baxmayaraq, hökumət K.Qotonun azad edilməsi üçün mümkün olan hər şeyi edəcək.
Vüqar Ağayev
AzərTAc-ın xüsusi müxbiri
Tokio


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Internetde_Kenzi_Qotonun_novbeti_videokadrlari_yerlesdirilib-827952

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR