Bakı, 2 sentyabr, Nihat Budaqov, AZƏRTAC
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) 2001-ci ilin əvvəlindən bu il sentyabrın 1-dək Xəzərin Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli” (AÇG) neft-qaz yataqları blokunun işlənməsi layihəsinin reallaşdırılması çərçivəsində 115 092 milyon ABŞ dolları gəlir əldə edib.
ARDNF-in ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, bu ilin 8 ayında isə AÇG layihəsi çərçivəsində Dövlət Neft Fonduna 4 941 milyon dollar vəsait daxil olub.