Azərbaycan, Bakı, 2 sentyabr /Trend, müxbir İlkin İzzət/

Qarabağ kanalına düşmüş Bərdə rayon sakininin meyitini 2 gündür tapmaq olmur.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, avqustun 31-də Bərdə rayon sakini Vüsal Cəfərov Xanağalı kəndinin ərazisindən keçən Qarabağ kanalına düşüb.

Onun meyitinin sudan çıxarılması üçün tədbirlər görülür.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az