“Şou biz” verilişi tanınmışlar arasında sorğu apararaq, onların bu yay necə dincəldiyini öyrənib.

Axşam.az sənətçilərin yay istirahəti ilə bağlı fikirlərini təqdim edir:

Xalq artisti Gülyanaq Məmmədova – İstanbula qayınanamın yanına getdim. 1 ayımı övladlarıma ayırdım. Başqa vaxt işlərin çoxluğundan onlara zaman ayıra bilmirəm.

Əməkdar artist Almaz Ələsgərli – Bu yay İsveçə qızımın yanına getdim. Övladlarımla birlikdə dincəldim. Ən gözəl istirahət də elə bu idi.

Müğənni Nadir Qafarzadə - Layihələrə başım qarışdı. Heç dincələ bilmədim.

Müğənni Rüfət Axundov - Azərbaycanda dincəldim. Heç yerə gedə bilmədim

Müğənni Sevda Yahyayeva – Bu yay bütün vaxtımı konsertə hazırlığa sərf etdim. Dincələ bilmədim.