Uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərində, mərkəzlərində vakant yerlərə pedaqoji kadrların işə qəbulu müsabiqə yolu ilə aparılacaq

Uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərində, mərkəzlərində vakant yerlərə pedaqoji kadrların işə qəbulu müsabiqə yolu ilə aparılacaq
16:48 4 Sentyabr 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 4 sentyabr, AZƏRTAC
Məktəblərdə təhsilin keyfiyyətinin yüksəldilməsi, pedaqoji kadrların işə qəbulu zamanı şəffaflığın təmin edilməsi məqsədilə Mədəniyyət və Turizm Nazirliyi sisteminə daxil olan uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərində, mərkəzlərində vakant yerlərə pedaqoji kadrların işə qəbulu müsabiqə yolu ilə aparılacaq.
Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirilib ki, məktəblərdə pedaqoji işçilərin müsabiqə yolu ilə işə qəbulu barədə müvafiq məlumatlar qurumun rəsmi internet saytının (www.mct.gov.az) elanlar bölməsində yerləşdirilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Usaq_musiqi_incesenet_ve_ressamliq_mekteblerinde_merkezlerinde_vakant_yerlere_pedaqoji_kadrlarin_ise_qebulu_musabiqe_yolu_ile_aparilacaq-882075

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR