“Azərbaycan Sənaye Bankı” elektron-arayış sisteminin tətbiqinə başlayıb

“Azərbaycan Sənaye Bankı” elektron-arayış sisteminin tətbiqinə başlayıb
16:53 4 Sentyabr 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 4 sentyabr, AZƏRTAC
“Azərbaycan Sənaye Bankı” ASC sentyabrın 4-dən vətəndaşların kredit müraciətlərini sadələşdirmək məqsədi ilə elektron-arayış sisteminin tətbiqinə başlayıb.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzindən verilən məlumata görə, bankın müştəriləri yalnız şəxsiyyət vəsiqəsi ilə iş və yaşayış yeri üzrə, həmçinin digər lazımi arayışları elektron şəkildə formalaşdıraraq kreditlərini rəsmiləşdirə biləcəklər.
Qeyd edək ki, hazırda 20-dən çox bank və bir neçə lizinq şirkəti “Elektron hökumət” portalı üzərindən bu xidməti tətbiq edir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_Senaye_Banki_elektron_arayis_sisteminin_tetbiqine_baslayib-882077

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR