[ 04 Sentyabr 2015 17:32 ]


Bakı. Ağa Cəfərli - APA. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı qərargahının işçi qrupu "Molniya-2015” hərbi təlimlərində iştirak üçün Ermənistana gedib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

İşçi qrup təlimlərdə müşahidəçi kimi iştirak məqsədilə Ermənistana yollanıb.