İnfrastruktur layihələrinə böyük diqqət göstərilmişdir

13:33 28 Yanvar 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 28 yanvar, AzərTAc
Bu illər ərzində infrastruktur layihələrinə böyük diqqət göstərilmişdir və görülən işlər göz qabağındadır.
AzərTAc xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransdakı giriş nitqində söyləyib.
Dövlətimizin başçısı deyib: “İlk növbədə, elektrik enerjisi qurğularının yaradılmasına böyük vəsait ayrıldı. Son 11 il ərzində 23 elektrik stansiyası tikilmişdir ki, onların gücü 2400 meqavatdır. Müqayisə üçün deyə bilərəm ki, ölkəmizin ümumi enerji potensialı 6300 meqavatdır. 2400 meqavat son 11 ildə yaradılmışdır. Əgər yaranmasaydı, bu gün ölkəmizin üçdəbir hissəsi işıqsız qalacaqdı, heç bir inkişafdan söhbət gedə bilməzdi, heç bir müəssisə yaradılmazdı. Müəssisələrə gəldikdə, son 11 ildə 64 min müəssisə yaradılmışdır. Ona görə elektrik enerjisi ilə təchizat təmin edildi”.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Infrastruktur_layihelerine_boyuk_diqqet_gosterilmisdir-828010

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR