"Neftçi"nin Müşahidə Şurasının iclasında QALMAQAL

"Neftçi"nin Müşahidə Şurasının iclasında   QALMAQAL
12:22 5 Sentyabr 2015
77 İdman
Ölkə mətbuatı
A- A+

Emil Mpenza yenə aranı qatıb. Belçikalı hücumçunun üzündən “Neftçi”nin Müşahidə Şurasının son iclasından öncə qalmaqal yaşanıb.

  

Futbolinfo.az saytının əldə etdiyi məlumata görə, sentyabrın 2-də baş tutan son tədbirə şuranın üzvü olan sabiq prezident Sadıq Sadıqov da təşrif buyurubmuş. Amma o, hələ iclas başlamamış sədr Çingiz Abdullayevlə görüşüb və bir sıra məsələləri müzakirə ediblər. Söhbət “Neftçi”dən FIFA-ya şikayət edən Mpenzadan düşərkən əsəblər tarıma çəkilib və tərəflər mübahisəyə girişib. Məsuliyyətin onun üzərinə düşdüyünü görən Sadıqov əsəbi halda cərimə özünün ödəyəcəyini bildirib, Abdullayev isə buna ehtiyac olmadığını, klubun hır şeyi yoluna qoyacağını deyib.

 

Əsəblərin gərginləşdiyi görüşdən sonra Sadıqov Müşahidə Şurasının digər üzvləri ilə görüşmədən tədbirin keçirildiyi yeri tərk edib.


Fanat.az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotneftciquotnin-muahid-urasnn-iclasnda-t43826.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR