Dəmiryolçularin idman spartakiadası keçirilir

Dəmiryolçularin idman spartakiadası keçirilir
13:01 5 Sentyabr 2015
28 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün Xaçmaz rayonunun Nabran qəsəbəsindəki “Lokomotiv” İstirahət Mərkəzinin idman kompleksində 13 oktyabr – dəmir yolu işçilərinin peşə bayramına – Azərbaycanda dəmir yolunun yaranmasının 135 illiyinə və dəmiryolçuların həmkarlar təşkilatının yaranmasının 110 illiyinə həsr olunmuş idman spartakiadası keçirilib.

Spartakiadanın açılışında Azərbaycan Dəmiryolçularının Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Fəzail Bağırov çıxış edib. O, bildirib ki, son illər ərzində dəmir yolunda bir sıra islahatlar həyata keçirilib.

Diqqətə çatdırılıb ki, ölkəmizdə bədən tərbiyəsi və idmanın daha da inkişaf etdirilməsi istiqamətində böyük işlər həyata keçirilir. Azərbaycan idman ölkəsinə çevrilir. Dəmiryolçu idmançılar da respublikamızda bədən tərbiyəsi və idman hərəkatının inkişafında mühüm rol oynayırlar.

Hər il MHİRK-in müvafiq qərarına uyğun olaraq, 13 oktyabr – dəmir yolu işçilərinin peşə bayramı ərəfəsində dəmiryolçuların spartakiadası keçirilir.

Spartadiadanın minifutbol, voleybol, futbol, stolüstü tennis və nərd üzrə yarışları Nabranda yerləşən “Lokomotiv” İstirahət Mərkəzinin idman kompleksində, şahmat və dama üzrə yarışları “Azərbaycan Dəmir Yolları” QSC-nin inzibati binasında keçiriləcək. Spartakiadada ümumilikdə 300-dən çox dəmiryolçu-idmançı iştirak edəcək.

Spartakiadanı açıq elan edən komitə sədri idmançılara uğurlar arzulayıb.

Spartakiadada “Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətinin Sərnişin, İnfrastruktur və Yük daşımaları Departamentlərinin komandaları yarışırlar.

Dəmiryolçuların idman spartakiadası sentyabrın 6-dək davam edəcəkdir.

Spartakiadanın sonunda qaliblərə diplom və pul mükafatları veriləcək.





Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=359936

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR