Zərdabın Məmmədqasımlı kəndinə ilk dəfə təbii qaz verilib

14:33 5 Sentyabr 2015
61 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 5 sentyabr, AZƏRTAC
Sentyabrın 5-də Zərdab rayonunun Məmmədqasımlı kəndinə ilk dəfə təbii qaz verilib.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu münasibətlə keçirilən mərasimində SOCAR-ın prezidenti Rövnəq Abdullayev, şirkətin rəhbərliyinin təmsilçiləri, Ucar rayon icra hakimiyyətinin, “Azəriqaz” İstehsalat Birliyinin və ictimaiyyətin nümayəndələri iştirak ediblər. SOCAR-ın prezidentinə məlumat verilib ki, 407 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 1205 metr müxtəlif diametrli polietilen və 34 min 899 metr metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 407 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Tədbirdə çıxış edən R.Abdullayev bu əlamətdar hadisə münasibətilə kənd sakinlərini təbrik edib, son illər ölkənin hər yerində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində görülmüş məqsədyönlü tədbirlərdən danışıb. Qeyd edilib ki, təbii qaz almayan yaşayış məntəqələri sürətli templərlə “mavi yanacaq”la təmin olunması xalqımızın rifah halının daha da yaxşılaşmasına xidmət edir. SOCAR-ın prezidenti respublikanın qazlaşdırılması sahəsində həyata keçirilən işlərin bundan sonra da davam etdiriləcəyini vurğulayıb.
İctimaiyyət nümayəndələri kəndə təbii qazın verilməsinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Zerdabin_Memmedqasimli_kendine_ilk_defe_tebii_qaz_verilib-882292

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR