x
Loading...
.

Gürcüstanda azərbaycanlı şagird güllələnib

Gürcüstanda azərbaycanlı şagird güllələnib
14:24 5 Sentyabr 2015
17 Dünya
Ölkə mətbuatı
A- A+
.

Tiflis yaxınlığında yerləşən və azərbaycanlıların kompakt yaşadığı Poniçala (Soğanlıq) kəndində 17 yaşlı azərbaycanlı qətlə yetirilib.

 

APA-nın Gürcüstan bürosunun məlumatına görə, hadisə sentyabrın 2-də gecə saatlarında baş verib. Bacısı oğlunun kiçik toyunda iştirak edən Poniçala (Soğanlıq) kənd sakini, kənd orta məktəbin 11-ci sinif şagirdi Vüsal Emzar oğlu Hüseynov güllə ilə vurularaq öldürülüb.

Vüsal Hüseynovun əmisi Zaminkar Hüseynov APA-ya açıqlamasında hadisənin təfərrüatları barədə danışarkən bunları deyib: "Qardaşım oğlunu güllə ilə vurub öldürən təxminən 22 yaşlı Aqil Əli oğlu Kərimov atası və 4-5 nəfər birgə toya gəlib Vüsalın atası Emzarı məclisdən çağırıb, söhbət ediblər. Onların arasında mübahisə yaranıb. Mübahisə zamanı bir il bundan əvvəl Vüsalın qardaşı ilə Aqil arasında olan keçmiş mübahisə yenidən xatırlanıb. Atasının mübahisə etdiyini bilən Vüsal onun yanına gəlib. Aqil tapançanı çıxarıb bir güllə havaya, birini isə Vüsala atıb. Vüsal hadisə yerində keçinib. Hadisəni törədənlər aradan çıxıblar".

Zaminkar Hüseynov  cinayət törədən Aqil Əli oğlu Kərimovun saxlanıldığını və  hadisə ilə bağlı polis tərəfindən cinayət işi qaldırıldığını bildirib.

Z. Hüseynov hadisəni törədən şəxsin vəhhabi olduğunu da deyib. Onun sözlərinə görə, həmin şəxslər hazırda mərhum Vüsal Hüseynovun böyük qardaşı Bəhram Hüseynova da hədə-qorxu gəlirlər.

V. Hüseynov sabah Poniçalada (Soğanlıqda) torpağa tapşırılacaq.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/213594

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR