İflic olmuş kişi ekzoskeletin sayəsində yenidən yeriməyi “öyrənib”

İflic olmuş kişi ekzoskeletin sayəsində yenidən yeriməyi “öyrənib”
16:13 5 Sentyabr 2015
47 Dünya
Ölkə mətbuatı
A- A+


Bakı, 5 sentyabr, AZƏRTAC
Zədələndiyinə görə qismən iflic olmuş keçmiş atlet Mark Pollop yenə yeriyə biləcək. Bu işdə Mark Pollopa onun onurğa beyninə elektrik siqnalları ilə təsir edən robotlaşdırılmış ekzoskelet kömək edir. Markın ayaqlarının hərəkətlərini həm bu kostyum, həm də kişi özü idarə edir.
AZƏRTAC newsland.com saytına istinadla xəbər verir ki, ekzoskelet Kaliforniya Universitetinin alimləri tərəfindən yaradılıb. Markın bu qurğudan istifadə etməyi öyrənməsi üçün beş gün kifayət edib.
Əvvəlcə Markın ayaqlarını bu qurğu hərəkət etdirirdi. Bir müddətdən sonra kişinin beyin impulsları sayəsində onun ayaqları hərəkət etməyə başlayıb. İndi Mark xeyli sürətlə yeriyə bilir.
Kostyuma qoşulmuş ölçmə cihazları pasiyentin hərəkətlərində ekzoskeletin iştirak dərəcəsini və insanın özünün nə qədər səy göstərməsini müəyyən etməyə imkan verir.
Alimlər etiraf edirlər ki, əlbəttə, bu ixtira iflic olmuş insanları tam sərbəst vəziyyətə gətirə bilməz, lakin onlar bildirirlər ki, belə insanların çoxu öz ayaqları üzərində hərəkət etmək sevincini yenidən duya biləcəklər.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Iflic_olmus_kisi_ekzoskeletin_sayesinde_yeniden_yerimeyi_oyrenib-882319

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR