Devid Bekhemin yeni peşəsi

Devid Bekhemin yeni peşəsi
00:01 6 Sentyabr 2015
65 Şou
Ölkə mətbuatı
A- A+

Keçmiş futbolçu Devid Bekhem özünə yeni peşə tapıb.

Axşam.az-ın Rusiya mətbuatına istinadən məlumatına görə, 2013-cü ildə futbolla vidalaşdıqdan sonra onun hansı sahəyə yönələcəyi hamını maraqlandırır. Bekhem aktyor olacağını bəyan edib.

Bu günə kimi bir neçə dəfə reklam çarxlarında, qısametrajlı sənədli filmlərdə çəkilən Devid bu dəfə böyük ekran işində rol alacaq.

Bunla bağlı açıqlama verən Bekhem "Tanınmış idmançılar filmə çəkiləndə tənqid olunur. Bu çətin bir işdir. Böyük istedad tələb edir. Buna görə təcrübə toplamalıyam. İndiyənə kimi məşğul olduğum bütün işləri sevmişəm. Hər şeyin öhdəsindən gələ bilirəm. Məşhur insanam. Ona görə də tənqidə alışmışam. Futbolu sevirəm. Amma artıq filmlə maraqlanıram" deyə, bildirib.

Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=36584

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR