Azərbaycan Rusiya qaz kəmərinin təhlükəsizliyini təmin edəcək

Azərbaycan Rusiya qaz kəmərinin təhlükəsizliyini təmin edəcək
13:28 6 Sentyabr 2015
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 6 sentyabr /Trend, müxbir Hüseyn Vəliyev/

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İdarəetmə Sistemləri İnstitutunun (İST) "Robust Noise Monitoring" (RNM) diaqnostika və idarəetmə monitorinq sistemi Rusiyanın tikdiyi “Sibirin gücü” magistral qaz kəmərinin təhlükəsizliyini təmin edəcək.

Qaz kəməri Yakutiya qazının Primorsk diyarına və Asiya-Sakit okeanı regionuna tədarükü üçün istifadə olunacaq.

Qaz kəmərinin təhlükəsizliyini təmin etmək üçün RNM-in tətbiq edilməsi layihəsini İST-in Sankt-Peterburq Elmlər Akademiyasının Arktika Cəmiyyəti ilə daha əvvəl əldə etdiyi razılaşmaya əsasən reallaşdırmaq planlaşdırılır. Akademiyanın rəhbərliyi monitorinq sisteminin işi ilə tanış olub.

İST-in xüsusi konstruktor bürosu Azərbaycanın SINAM İT şirkəti ilə birlikdə layihənin reallaşdırılması ilə məşğul olacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/it/2429252.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR