Bakıda oğurluq edən maskalılar zərərsizləşdirib

Bakıda oğurluq edən maskalılar zərərsizləşdirib
10:38 7 Sentyabr 2015
110 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 7 sentyabr /Trend/

Bakıda oğurluq edən maskalılar zərərsizləşdirib.

Bakı şəhər Baş Polis İdarəsindən Trend-ə bildiriblər ki, Bakı şəhər BPİ Cinayət Axtarış İdarəsi, Xəzər RPİ Cinayət Axtarış Şöbəsi və 1-ci PB əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, sentyabrın 1-də saat 12:20 radələrində H.Z.Tağıyev küçəsində yeni yaşayş sahəsində yaşayan 1946-cı il təvəllüdlü Nelli Seyfullayevanın evinə maskalanaraq açıq qapıdan daxil olmaqla, onun əl-qolunu bağlayıb 1000 manat pulunu və mobil telefonunu quldurluq yolu ilə talamaqda şübhəli bilinən Sabirabad rayon sakini, 1983-cü il təvəllüdlü İlham Zakir oğlu Abbasov, Abşeron rayon sakini, 1986-cı il təvəllüdlü Əli Xanəli oğlu Quliyev və Lənkaran rayon sakini, 1985-ci il təvəllüdlü Teyyub Əhmədulla oğlu Teymurov tutulub. Şübhəli şəxslər ətrafında, əməliyyat-axtarış, istintaq tədbirləri davam etdirilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/incident/2430486.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR