"Hakimlər haqda danışsam..."

"Hakimlər haqda danışsam..."
15:22 28 Yanvar 2015
353 İdman
Ölkə mətbuatı
A- A+

"Liverpul" çox güclü rəqibdir. İki oyunun nəticəsinə görə onları məğlub etdiyimiz üçün şadam. Matçın taleyini bir qol həll etdi. Hansı ki, bu qolu 90 dəqiqə ərzində vura bilərdik".
 
Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu sözləri "Çelsi"nin baş məşqçisi Joze Mourinyo "Sky Sports"a açıqlamasında İngiltərə Liqa kubokunda qalib gəldikləri "Liverpul"la oyundan sonra deyib.
Portuqaliyalı mütəxəssis matçın hakimləri haqda danışmaq istəmədiyini bildirib: "Hakimlər haqda danışmaq istəmirəm. Əgər hakimlərin qərarlarını müzakirə etsəm, İngiltərə Futbol Federasiyası məni yenə cəzalandıracaq. Necə ki, bunu hər zaman edirlər. Əsas odur ki, qələbə qazandıq və "Uembli"də keçiriləcək final matçında oynayacağıq".
 
Qeyd edək ki, öz meydanında "Liverpul"a 2:1 hesabı ilə qalib gələn "Çelsi" finala yüksəlib. "Zadəganlar"ın rəqibinə bu axşam keçiriləcək "Şeffild Yunayted" - "Tottenhem" matçından sonra aydınlıq gələcək.

Milli.Az
 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/321427.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR