Göygöl, 7 sentyabr, AZƏRTAC
Göygöl rayonunda vətəndaşlara şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi səyyar qaydada davam edir. Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin Göygöl rayon şöbəsinin əməkdaşları növbəti tədbiri Balçılı kəndində həyata keçiriblər. Səyyar xidmət zamanı 100-dək vətəndaşa şəxsiyyət vəsiqəsi təqdim edilib.
Şöbədən AZƏRTAC-a verilən məlumata görə, artıq rayonun 22 müxtəlif yaşayış məntəqəsində səyyar xidmət təşkil olunub və ümumilikdə 1000-dən çox vətəndaşa şəxsiyyət vəsiqəsi verilib.