Şirvanda Mərkəzi Seçki Komissiyasının Avropa İttifaqı ilə birgə layihəsi çərçivəsində seminar keçirilir

Şirvanda Mərkəzi Seçki Komissiyasının Avropa İttifaqı ilə birgə layihəsi çərçivəsində seminar keçirilir
14:13 7 Sentyabr 2015
38 Ölkə
Ölkə mətbuatı
A- A+


Şirvan, 6 sentyabr, Mahir Babayev, AZƏRTAC
Sentyabrın 6-da Şirvan Şəhər Mədəniyyət Evində Mərkəzi Seçki Komissiyasının (MSK) Avropa İttifaqı ilə birgə layihəsi çərçivəsində 2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərlə bağlı müraciətlərə baxılmasına həsr olunmuş ikigünlük seminar öz işinə başlayıb.
AZƏRTAC xəbər verir ki, vətəndaşların seçki hüquqlarını pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırılması ilə bağlı dairə seçki komissiyaları nəzdində fəaliyyət göstərən ekspert qrupu üzvlərinin maarifləndirilməsinə yönəlmiş təlim məşğələsində MSK-nın üzvləri, Avropa İttifaqının rəsmiləri və MSK Katibliyinin təmsilçiləri, aran zonasında fəaliyyət göstərən 15 dairə seçki komissiyasının ekspert qrupu üzvləri iştirak ediblər. Tədbirin keçirilməsində məqsəd dairə seçki komissiyalarının ekspert qrupu üzvlərinin müraciət və şikayətlərə baxılması ilə bağlı məlumatının artırılması, praktiki vərdişlərinin gücləndirilməsi və vətəndaşların seçki hüquqlarının daha səmərəli təmin olunması üçün onların fəaliyyətinin təkmilləşdirilməsindən ibarətdir.
Seminarın birinci günü Avropa İttifaqının seçki məsələləri üzrə eksperti Sergey Kalçenkonun “Seçkilərlə bağlı müraciətlərə seçki komissiyaları tərəfindən baxılması: Avropa standartları və Azərbaycan Respublikasının qanunvericiliyi”, MSK-nın üzvü Tofiq Həsənov və MSK Katibliyinin əməkdaşı Rafiq Abbasovun “Seçki hüquqlarının pozulması ilə əlaqədar müraciət və şikayətlərə baxılması üzrə Seçki Məcəlləsinin tələbləri və şikayətlərin araşdırılması prinsipləri” mövzusunda təqdimatları olub.
Təlim məşğələsində əsasən Azərbaycan Respublikası Seçki Məcəlləsinin 12-ci bəndi - “Vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayət edilməsi” ərafında geniş müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Seminar öz işini sentyabrın 7-də davam etdirəcək.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Sirvanda_Merkezi_Sechki_Komissiyasinin_Avropa_Ittifaqi_ile_birge_layihesi_cherchivesinde_seminar_kechirilir-882639

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR