Şəki zəlzələsi digər zəlzələ ocaqlarını oyada bilər

16:04 7 Sentyabr 2015
32 Ölkə
Ölkə mətbuatı
A- A+

"Şəkidə baş verən zəlzələnin zəlzələ ocaqlarını oyatmaq ehtimalı ola bilər. Elə zonalar var ki, gərgin vəziyyətdədir. Məsələn, Şamaxı-İsmayıllı zonası ən aktiv zonadır, gərgin vəziyyətdədir, ən çox təkanlar da bu zonada olur. Bu zona yüksək aktivliyə malikdir. Bu zonada tarixən faciəli zəlzələlər olub. Ancaq bu sahədə dəqiq proqnoz vermək mümkün deyil, əhalini də yersiz təlaşa salmağa ehtiyac yoxdur”.

 

APA-nın məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət mərkəzinin direktoru Qurban  Yetirmişli deyib. 

 

Q. Yetirmişli zəlzələnin qısa müddətə proqnozlaşdırmağın mümkün olmadığını qeyd edib: “Şəkidəki zəlzələ ocağında enerji qısa təkanlarla da boşala bilərdi, onda belə zəlzələ baş verməyə bilərdi. Biz zəlzələ ocaqları ilə bağlı tədqiqatlar aparırıq, gərginlik zonalarını müəyyən edirik. Ancaq qısa müddətli zəlzələ proqnozu vermək mümkün deyil”.

 

.Q. Yetirmişli rəsmi şəkildə müraciət olan zaman tikinti aparılan zonalarda seysmikliklə bağlı arayışlar təqdim etdiklərini də açıqlayıb: “Məsələn, Bakıda 8-9 ballıq ərazilər var. Biz hər bina üçün əraziyə uyğun zəlzələyə davamlılıq müəyyən edirik”.

 

Qeyd edək ki, sentyabrın 4-də Şəkidə 7 bal gücündə zəlzələ olub. Yeraltı təkanlar respublikanın rayonlarında 3-6 bala qədər hiss olunub.

 

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/213741

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR