Almaniya qaçqınların yerləşdirilməsinə 10 milyard avro xərcləyəcək

Almaniya qaçqınların yerləşdirilməsinə 10 milyard avro xərcləyəcək
16:28 7 Sentyabr 2015
22 Dünya
Ölkə mətbuatı
A- A+


Berlin, 7 sentyabr, AZƏRTAC
“Frankfurter Allgemeıne Sonntagszeıtung” qəzeti yazır ki, 2015-ci ildə Almaniyanın qaçqınlar üçün ümumi xərcləri təqribən 10 milyard avro təşkil edəcək.
Nəzərdə tutulan məbləğ bu xərclərin 2,4 milyard avro təşkil etdiyi bir il əvvəl ilə müqayisədə dörd dəfə çoxdur. Onda Almaniyaya təqribən 200 min miqrant gəlmişdi. Bu il isə Almaniya 800 minədək qaçqın qəbul etməyə hazırlaşır.
Federal əyalətdən asılı olaraq hər bir qaçqın üçün illik xərclər 12-13 min avro civarındadır. Bu məbləğə mənzil haqqı, yemək, tibbi xidmət xərcləri, cib xərcliyi, habelə inzibati xərclər daxildir.
Nəşr xatırladır ki, Almaniyanın hakimiyyət orqanları hələ iyul ayında 450 min qaçqın qəbul etmək üçün 5,6 milyard avro ayırmağa ümid bəsləyirdi. Daha əvvəl isə AFR kansleri Angela Merkel Almaniyanın qəbul etmək niyyətində olduğu miqrantların saxlanılması xərclərinin maliyyələşdirilməsi üçün vergilərin qaldırılmasının mümkünlüyünü istisna edib.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Almaniya_qachqinlarin_yerlesdirilmesine_10_milyard_avro_xercleyecek-882688

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR