Attaşelərimiz erməni silhalı bölmələrinin cəbhədə son təxribatları barədə məlumatlandırıldı

Attaşelərimiz erməni silhalı bölmələrinin cəbhədə son təxribatları barədə məlumatlandırıldı
17:27 7 Sentyabr 2015
18 Ölkə
Ölkə mətbuatı
A- A+

Sentyabrın 7-də Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində 13 dövlətin Azərbaycanda akkreditə olunmuş hərbi attaşeslərinin iştirakı ilə görüş keçirilib.

APA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, müdafiə nazirinin tapşırığına əsasən, Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi, general-mayor Hüseyn Mahmudov sentyabrın 6-dan başlayan Silahlı Qüvvələrin bütün qoşun növlərinin döyüşə hazırolma və döyüş qabiliyyətinin yoxlanılması məqsədilə keçirilən Komanda Qərargah Hərbi Oyunları haqqında görüş iştirakçılarına məlumat verib.

Oyunların keçirilmə müddəti və məqsədi, təlimlərdə iştirak edən şəxsi heyətin sayı, cəlb olunan zirehli texnika, aviasiya vasitələri, digər qurğu və sistemlərin miqdarı, eləcə də bu mövzuda digər məsələlər xarici ölkələrin hərbi nümayəndələrinin diqqətinə çatdırılıb.

Görüşdə qoşunların təmas xəttindəki son durum, qarşı tərəfin vəziyyəti gərginləşdirmək məqsədilə cəbhəboyu zonada yerləşən yaşayış məntəqələrinə, mülki əhaliyə qarşı təxribatları, Silahlı Qüvvələrimizin bölmələrinin qısa müddət ərzində düşmənə vurduğu cavab zərbələri, erməni hərbi bölmələrinin çoxsaylı itkiləri və digər məsələlər barədə ətraflı məlumat verilib.

Azərbaycan torpaqlarının 20 faizinin Ermənistan tərəfindən işğal olunması, BMT-nın Təhlükəsizlik Şurasının münaqişəyə dair qəbul etdiyi qətnamələrin yerinə yetirilməməsi, dünya ictimaiyyətinin bu məsələyə göz yumması, həmçinin xüsusi olaraq Azərbaycan Silahlı Qüvvələrinin torpaqlarımızın işğaldan azad edilməsinə hazır olması bir daha hərbi attaşelərin diqqətinə çatdırılıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/367557.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR