İŞİD-in məşhur komandiri öldürüldü (FOTO)

İŞİD-in məşhur komandiri öldürüldü (FOTO)
16:16 28 Yanvar 2015
290 Dünya
Ölkə mətbuatı
A- A+

İŞİD terror təşkilatının yüksək vəzifəli komandiri Əbu Məhəmməd Əl-Amriki öldürülüb.

ANS PRESS-in məlkumatına görə, bu barədə kompüter şəbəkələrində terror qruplarının fəaliyyətinin izlənilməsində ixtisaslaşan "Flashpoint Intelligence" şirkətindən bildirib.

Şirkətin əməkdaşlarının məlumatına görə, Əl-Amrikinin ölümü haqqında cihadçılar sosial şəbəkələrdə yazıblar. Pentaqon və Mərkəzi Kəşfiyyat İdarəsi bu məlumatı hələlik təsdiqləməyib. Terrorçunun harada və nə vaxt öldüyü haqqında hələlik heç bir informasiya yoxdur.

Qeyd edək kİ, Əbu Məhəmməd Əl-Amriki2014-cü ilin fevral ayında "Cebhat ən-Nusra" yaraqlıları ilə birgə yayılmış videodan sonra şöhrət qaznıb. Terrorçunun Əl-Amriki ləqəbinin mənası "amerikalı" deməkdir.

İddia edilir ki, Əbu Məhəmməd ABŞ vətəndaşıdır. Amma mütəxəssislər onun ingilis dilində danışığında xeyli nöqsan olduğunu müəyyən ediblər. Güman edilir ki, o, ABŞ-da qısa bir müddət yaşayıb.







Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=322444

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR