[ 07 Sentyabr 2015 18:49 ]



Bakı. Hafiz Heydərov – APA. Bakıda dənizdə batmaq təhlükəsi ilə üzləşən şəxs xilas edilib.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xəzər rayonunda 1 nəfər dənizdə (xilasetmə məntəqəsinin ərazisində) çimərkən batmaq təhlükəsi ilə üzləşib.

Vətəndaş Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas edilib.