Üç min il yaşı ilan keramik qabin qalıqları aşkarlanıb

19:48 7 Sentyabr 2015
22 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 7 sentyabr, AZƏRTAC
Avstraliya arxeoloqları Yeni Qvineyada üç min il yaşı olan keramik qabin qalıqlarını aşkarlayıblar.
AZƏRTAC ria.ru saytına istinadla xəbər verir ki, qırmızı keramitdən olan qab parçası Yeni Qvineyada alimlərin tapdığı ən qədim dulusçuluq nümunəsidir.
Avstraliya Milli Universitetinin nümayəndəsi Tim Denham bildirib ki, bu, texnologiyanın mədəniyyətlər arasında yayılmasının bariz bir nümunəsidir. Bəzi saxsı əşyalar sonralar dağlarda düzəldilib, yəni dağlıq ərazilərdə yaşayan xalqlar bu əşyaları özləri müstəqil hazırlamağa başlayıblar. Alimin fikrincə, tapılan saxsı qab parçası arxeoloqlara gələcəkdə keramik qabların hazırlanmasının Cənubi-Şərqi Asiyadan Sakit okean sahilləri əhalisinə yayılma prosesini araşdırmaqda kömək edəcək.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Uch_min_il_yasi_ilan_keramik_qabin_qaliqlari_askarlanib-882804

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR