“Azərbaycanda kooperativ fermer təsərrüfatlarının yaradılması ilə bağlı qanun layihəsi artıq hazırlanıb”.
ANS PRESS-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında kənd təsərrüfatı naziri Heydər Əsədov deyib.
O bildirib ki, kooperativlərin yaradılmasında əsas şərtlərdən biri stimullaşdırıcı və həvəsləndirici tədbirlərin qəbul edilməsidir:
“Bu məqsədlə də cənab prezidentin tapşırığı ilə qanun layihəsi hazırlanıb və müzakirə edilməsi üçün Milli Məclisə təqdim edilib. Biz də bu qanunun hazırlanmasında iştirak etmişik”.
Nazir bildirib ki, qanun qəbul edildikdən sonra kooperativlərlə bağlı işlər sürətlənəcək.